Avago +
Avago+ — Fitness & Personal Training App Avago+ istifadəçilərə şəxsi məşqçiləri kəşf etmək, uyğun məşqçini seçmək və fitness proseslərini bir platformadan idarə etmək imkanı verən mobil tətbiqdir. Tətbiq vasitəsilə istifadəçilər müxtəlif fitness, yoga, stretching və training istiqamətlərinə baxa, məşqçi profillərini və təcrübələrini nəzərdən keçirə, qarşıdakı məşqlərini izləyə və şəxsi fitness səyahətlərini daha rahat təşkil edə bilirlər. Ekranlarda həmçinin AI ilə kalori hesablama funksiyası da təqdim olunur.

Avago+ istifadəçiləri şəxsi məşqçilərlə birləşdirən və məşq, qidalanma və fitness inkişafının izlənməsini vahid platformada təqdim edən mobil fitness tətbiqidir. Tətbiqin əsas məqsədi istifadəçiyə uyğun şəxsi məşqçi tapmaq, məşq proqramlarını izləmək, qidalanmanı idarə etmək və nəticələri zaman ərzində monitorinq etməkdir. Tətbiq Abdul Gurbanov tərəfindən hazırlanıb və Apple App Store-da Health & Fitness kateqoriyasında təqdim olunur. Avago+ daxilində istifadəçilər şəxsi məşqçiləri müxtəlif kriteriyalar üzrə axtara bilirlər. Məşqçinin məşq istiqaməti, yerləşdiyi ərazi, qiyməti, reytinqi və cinsinə görə seçim etmək mümkündür. Hər məşqçinin profilində fotosu, bioqrafiyası, sertifikatları, xidmət paketləri və digər müştərilərin rəyləri göstərilir. İstifadəçilər həmçinin məşqçiləri və idman zallarını xəritə üzərindən görə və istiqamət əldə edə bilirlər. Tətbiqin əsas funksiyalarından biri fərdiləşdirilmiş məşq proqramlarıdır. Məşqçi tərəfindən istifadəçi üçün hazırlanmış proqram tətbiqdə günlər üzrə təqdim olunur. İstifadəçi gündəlik məşqləri görə, yerinə yetirdiyi məşqləri qeyd edə və buraxdığı məşqləri işarələyə bilir. Bu məlumatlar istifadəçinin məşq davamlılığını və inkişafını izləməyə imkan verir.
- Kateqoriya
- Mobil Tətbiq
- İl
- 2026
- Sayt
- apps.apple.com↗
- Texnologiyalar
- FlutterJava
Oxşar layihə üzərində düşünürsünüz?
Danışaq →