Mindset IO
Mindset istifadəçilərə diqqətlərini qorumağa, yayındırıcı tətbiq və saytları bloklamağa və daha məhsuldar çalışma vərdişləri formalaşdırmağa kömək edən mobil tətbiqdir. Tətbiqdə Focus Sessions, App Blocking, Focus Rooms, Hardcore Mode və Lock Mode kimi funksiyalar mövcuddur. İstifadəçilər fokus sessiyaları başladaraq sosial media və digər yayındırıcı mənbələrə çıxışı məhdudlaşdıra bilirlər.

Bu Mindset: adlı iPhone tətbiqidir. App Store məlumatlarına əsasən tətbiqin əsas məqsədi istifadəçiyə fokuslanmaq, diqqəti yayındıran tətbiq və saytları bloklamaq və intizamlı işləmək imkanı yaratmaqdır. Tətbiqin developer-i Huseynbala Gurbanli göstərilir. Tətbiqin əsas fərqi klassik “motivation/productivity” tətbiqlərindən fərqli olaraq istifadəçini sadəcə xəbərdar etməməsi, diqqət yayındıran mənbələrə texniki məhdudiyyət qoymasıdır. İstifadəçi fokus sessiyası başladanda seçdiyi tətbiqlər və onların veb versiyaları bloklanır. Bloklama Apple-ın Screen Time API üzərindən cihaz daxilində həyata keçirilir.
- Kateqoriya
- Mobil Tətbiq
- İl
- 2026
- Sayt
- apps.apple.com↗
- Texnologiyalar
- FlutterJavaStripe
Oxşar layihə üzərində düşünürsünüz?
Danışaq →